...

İsrailin İranın Kaşan şəhərinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Dünya xəbərləri Materials 17 İyun 2025 11:06 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İsfahan ostanının Kaşan şəhərinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Trend İran KİV-ə istinadən xəbər verir ki, bu barədə ostanın inzibati rəhbərinin müavini Əkbər Salehi açıqlayıb.

Məlumata əsasən, atılan mərmi Kaşanda yerləşən nəzarət buraxılış məntəqəsinə tuş gəlib.

Bundan əvvəl, Salehi İsfahan şəhərinin hava hücumlarından müdafiə qüvvələrinin şəhərin hava məkanında bir neçə kiçik ölçülü pilotsuz uçan aparatların vurulduğunu bildirmişdi. Onun dediyinə görə, Kaşan üzərində vurulan PUA isə Natanzdakı nüvə obyektinə hədəflənmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti