...

Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2025 09:53 (UTC +04:00)
Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, nazirliyin Aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Səhiyyə Nazirliyin kollektivi, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti