Bakı. Trend:
Azərbaycanın emal sənayesində 2025-ci ilin yanvar-may aylarında 8,076 milyard manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 9,4 faiz, içki istehsalında 5,6 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz artım müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,4 dəfə, viski, brendi istehsalı 19,7 faiz, araq istehsalı 15 faiz, meyvə-tərəvəz konservləri 5,2 faiz artıb.