Bakı. Trend:
Oman körfəzində İran sahillərinə yaxın ərazidə 3 gəmi yanır.
Trend xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, yanan gəmilər Körfəz ölkələrindən neft və qaz ixracı üçün əsas marşrut olan Hörmüz boğazının yaxınlığında üzürdü. İnsidentin səbəbləri açıqlanmır.
İranın ərazi sularında olan gəmilərə İsrail tərəfindən zərbələrin endirilməsi barədə rəsmi məlumat daxil olmayıb.