Bakı. Trend:
Gələn il hər 6 şagirdə bir kompüterin verilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O vurğulayıb ki, 2000-ci illərin əvvəllərində hər 1062 şagirdə bir kompüter düşürdü. Lakin bu gün göstərici əhəmiyyətli dərəcədə yaxşılaşıb. Son illərdə təhsilin rəqəmsallaşması və inkişafı sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Nazir müavini qeyd edib ki, qarşıya məqsəd qoyulub, gələn il hər altı şagird üçün bir kompüter təmin edilsin. Bu dəyişiklik təsadüfi deyil.
Onun sözlərinə görə, belə bir nailiyyət uzaqgörən dövlət siyasəti və məqsədyönlü fəaliyyətin nəticəsidir.