...

Bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minədək müəllim iştirak edəcək

Cəmiyyət Materials 17 İyun 2025 14:27 (UTC +04:00)
Bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minədək müəllim iştirak edəcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il müəllimlərin sertifikatlaşdırması prosesində 19 minə yaxın müəllim iştirak edəcək.

Trend xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini, Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, imtahanlardan əvvəl Microsot Teams platforması üzərində müəlllimlər üçün sınaq mərhələsi keçirilib:

“Sınaq imtahanlarında 10 minə yaxın müəllim iştirak edib.150 müəllim isə müasir metodiki xidmət layihəsinə cəlb olunub”.

O qeyd edib ki, bugünə qədər 65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib:

“Müəllimlərin sertifikatlaşdırılması prosesində pedoqoji təcrübəsi 5 ildən az müddətdə olan müəllimlər, hamilə qadınlar, uağının üç yaşınadək sosial məzuniyyətdə olan və sonra ən azı 1 il işləməyən qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər, – onlar da sertifikatlaşdırmadan azaddırlar. Üç dəfədən artıq sertifikat vəsiqəsi almış şəxslər müəllimlər də bu dəfə prosesdə iştirak etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti