...

Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən qadın saxlanıldı

Hadisə Materials 17 İyun 2025 10:46 (UTC +04:00)
Dövlət qurumunda işə düzəltmək adı altında dələduzluq edən qadın saxlanıldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

F.Məmmədovanın analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti