...

“Fənərbaxça” hücumçusunu İstanbul klubuna icarəyə verdi

İdman Materials 8 Yanvar 2026 17:51 (UTC +04:00)
“Fənərbaxça” hücumçusunu İstanbul klubuna icarəyə verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan hücumçu İrfan Can Kahveci İstanbulun digər təmsilçisi “Kasımpaşa”ya icarəyə verilib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İrfan Can mövsümün ikinci yarısını Emre Belözoğlunun baş məşqçisi olduğu komandada keçirəcək.

Qeyd edək ki, “Fənərbaxça” İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında “Başakşehir”dən transfer edib. Türkiyə millisinin üzvü olan 30 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti