...

Zelenski Fransa danışıqlarının nəticələrini açıqlayıb

Dünya xəbərləri Materials 8 Yanvar 2026 17:07 (UTC +04:00)
Zelenski Fransa danışıqlarının nəticələrini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransada apardığı danışıqların nəticələri barədə məruzə edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənəd ABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa faktiki olaraq hazırdır”, – deyə o yazıb.

Ukrayna liderinin sözlərinə görə, ölkə Avropa və Amerika komandalarının fəaliyyətini birləşdirməyə nail olub və birgə şəkildə, o cümlədən Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı sənədlər müzakirə olunub

O qeyd edib ki, münaqişənin başa çatdırılması üçün əsas çərçivəyə daxil olan mürəkkəb məsələlər də müzakirə olunub və Ukrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti