...

Suriya ordusu qeyri-qanuni silahlı birləşmələrə qarşı əməliyyatlarını genişləndirib

Dünya xəbərləri Materials 8 Yanvar 2026 21:29 (UTC +04:00)

Bakı. Trend:

Suriya ordusu Hələbin Şeyx Maqsud və Əşrəfiyyə rayonlarında möhkəmlənmiş Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatlarını genişləndirib.

Trend xəbər verir ki, silahlıların sığınacaqları və komanda mərkəzləri məhv edilib.

Suriya ordusu əməliyyatlarda mülki əhali arasında itkiləri minimuma endirmək üçün onların təxliyəsini təşkil edib. Hələbdən çıxmaq istəyənlər üçün qaynar xətt yaradılıb. Bildirilir ki, şəhərdən indiyədək 142 mindən çox sakin çıxarılaraq sığınacaqlarda yerləşdirilib.

Məlumat verilir ki, SDQ-nin mülki yerləri atəşə tutması nəticəsində ölən və yaralananlar var. Hələb Səhiyyə İdarəsinin sözçüsü Munir Əhməd bildirib ki, qeyri-qanuni silahlı qüvvələrin şəhəri atəşə tutmaları nəticəsində 9 sakin ölüb, 52 nəfər yaralanıb.

Qeyd edək ki, SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqlar nəticəsiz yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti