...

Tikinti obyektlərinin istismarına icazələrin verilməsi ilə bağlı yeni QAYDA

Cəmiyyət Materials 8 Yanvar 2026 17:18 (UTC +04:00)
Tikinti obyektlərinin istismarına icazələrin verilməsi ilə bağlı yeni QAYDA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişikliklər edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verildiyi andan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, dərhal bu məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin ediləcək və 3 iş günü müddətində bu məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdiriləcək.

Daha əvvəl tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydalarda nəzərdə tutulmuş sənədləri və məlumatları 5 iş günü müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir və 3 iş günü müddətində bu məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti