...

"Beşiktaş"dan ayrılan müdafiəçi ölkəsinə qayıdıb

İdman Materials 8 Yanvar 2026 19:48 (UTC +04:00)

Bakı. Trend:

"Beşiktaş" Yonas Svenssonla yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi norveçli müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Svenssonun yeni klubu da məlumdur. 32 yaşlı futbolçu "Ruzenborq"a keçib.

Qeyd edək ki, Yonas Svensson bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 10 oyunda 2 qol ötürməsi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti