Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki, Almaniya təmsilçisi "Nottingem Forest"dən Arno Kalimuendonu icarəyə götürüb.
Frankfurt klubu fransalı forvard üçün 1,5 milyon avroluq icarə haqqı ödəyib. "Ayntraxt" 25 milyon avro ödəməklə 23 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu 21 yanvar tarixində Bakıda baş tutacaq.