...

Xətaidə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə Materials 8 Yanvar 2026 17:34 (UTC +04:00)
Xətaidə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti