Bakı. Trend
Yaponiyanın Tottori prefekturaında yerləşən Matanoqava su elektrik stansiyasının ərazisində yerləşən tuneldə partlayış olub.
Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, hadisə barədə yanğın-mühafizə xidmətinə stansiyanın əməkdaşlarından biri xəbər verib. Onun sözlərinə görə, tuneldə alov müşahidə olunmasa da, içəri qatı tüstüyə bürünüb.
Zərərçəkənlərin olmadığı bildirilir.
Hadisə yerinə səfərbər olunmuş yanğınsöndürənlər və polis qəzanın səbəbini araşdırmağa çalışır.