...

Xalq Bankdan təhsil və səhiyyə işçiləri üçün sərfəli kredit

İqtisadiyyat Materials 17 İyun 2025 15:09 (UTC +04:00)
Xalq Bankdan təhsil və səhiyyə işçiləri üçün sərfəli kredit

Bakı. Trend:

Müştərilərə daim sərfəli maliyyə həlləri təklif edən Xalq Bank səhiyyə və təhsil işçilərinə özəl kampaniyaya start verir!

Kampaniya şərtlərinə əsasən, təhsil və səhiyyə sektorunda çalışan şəxslər zaminliklə və ya təminatsız verilən istehlak kreditini illik 12%-dən başlayan faizlərlə 48 ayadək müddətə əldə edə bilərlər. Kredit məbləği təminatsız verildikdə 25 000 AZN-dək, zaminliklə 40 000 AZN-dək təşkil edir. Digər qurumlarda çalışan şəxslər üçün kredit şərtləri eyni olmaqla, illik 13%-dən başlayan faizlərlə təklif edilir.

Müraciətçi sonuncu iş yerində 6 aylıq, ümumilikdə minimum 12 aylıq iş stajına malik olmalıdır. Kampaniyayla bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/tehsil-ve-sehiyye-iscileri-ucun-serfeli-kredit-kampaniyasi-az

Kampaniya 31 dekabradək qüvvədədir.

Təlifdən yararlanmaq istəyənlər https://loanorder.xalqbank.az// üzərindən onlayn sifariş edə və ya Xalq Bankın istənilən filialına müraciət edə bilərlər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti