...

Valideynlər müəllim seçən zaman sertifikasiya ballarını görə biləcəklər

Cəmiyyət Materials 17 İyun 2025 15:25 (UTC +04:00)
Valideynlər müəllim seçən  zaman sertifikasiya ballarını görə biləcəklər
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

I sinifə şagirdlərin qeydiyyatı zamanı sistemdə müəllimlərin sertifikatlaşdırma ballarının göstərilməsi məsələsi müzakirə olunur.

Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi Təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

“Bir məsələ də odur ki, bütün müəllimlər sertifikatlaşdırmaya cəlb olunmayıb. İmtahana qatılan müəllimlərin balları isə sistemdə görünə bilər. Buna görə də sertifikatlaşdırma prosesi tamamlanıb bütün müəllimlər cəlb olunandan sonra onların ballarının sistemdə görünməsi mümkün olacaq", - N.İsmayılbəyli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti