Bakı. Trend:
Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.