...

Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana sərmayə qoyuluşu imkanları nəzərdən keçirilib

İqtisadiyyat Materials 17 İyun 2025 14:22 (UTC +04:00)
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana sərmayə qoyuluşu imkanları nəzərdən keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Əbu-Dabi İnkişaf Fondu arasında enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfəri çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin Fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub.

"Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti