Bakı. Trend:
Hazırda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə riski minimal səviyyədədir.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanla müharibə riskləri minimaldır və biz bu risklərin tam neytrallaşdırılması üzərində işləməliyik”, – deyə o vurğulayıb.
Simonyan Ermənistan hökumətinin bu istiqamətdə “praktiki addımlar atdığını” əlavə edib.