...

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqlinin həcmi 2%-dən çox azalıb

Energetika Materials 17 İyun 2025 16:19 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqlinin həcmi 2%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 9,272 milyard kubmetr qaz ötürülüb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 199,3 milyon kubmetr və ya 2,1% azdır.

Belə ki, 2024-cü ilin yanva-may aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 9,471 milyard kubmetr qaz ötürülmüşdü.

Hesabat dövründə magistral qaz kəmərləri ilə 17,129 milyard kubmetr qaz nəql edilib və 2024-cü ilin yanvar-may aylarına nisbətən 1,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 54,1 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti