...

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda görüş keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 17 İyun 2025 13:00 (UTC +04:00)
“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda görüş keçirilib (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Audiovizual Şuranın təşkilatçılığı ilə “Audivizual mediada bərabərlik və informasiyaya əlçatanlıq“ mövzusunda görüş keçirilib.

Trend xəbər verir ki, görüşdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən qeyri-hökümət təşkilatlarının təmsilçiləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd aprelin 11-dən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundakı dəyişikliklər və həmin Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri, həmçinin həmin tələblərin yerinə yetirilməsi mexanizmi ilə bağlı olub.

Tədbir zamanı qanunundakı dəyişikliklərdən irəli gələn məsələlərin icrası, informasiya proqramlarında işarət dilinin tətbiqi, eyni zamanda dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının yeniliklərlə bağlı öhdəlikləri müzakirə edilib.

Tədbirdə Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov çıxışı zamanı qeyd edib ki, informasiya almaq hər bir insanın fundamental hüququdur. Bu hüququn təmin edilməsi yalnız texniki məsələ deyil, eyni zamanda insan ləyaqətinin, bərabər imkanların və inkuliziv cəmiyyət quruculuğunun əsas şərtidir.

Aparat rəhbəri bildirib ki, media, o cümlədən audiovizual media hamı üçün bərabər imkanlar tanımalı və onların yaydığı informasiya hamı üçün əlçatan olmalıdır:

“Fiziki göstəricilərinə, əlliliyinin olub-olmamasından asılı olmayaraq hamının xəbərlərə, gündəlik aktual məsələlərə, cari təfsirlərə çıxışı və əlçatanlığı olmalıdır.

Tədbirin mövzusuna baxsaq, əslində özündə ən təməl insan hüquqlarından birini, informasiya əldə etmək hüququnu və bu istiqamətdə bərabərliyi, əngəlsizliyi, əlçatanlığı ehtiva edir”.


Tədbir iştirakçıların təkliflərinin dinlənilməsi, sualların cavablandırılması ilə yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti