...

Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlı təmir işləri nə yerdədir? - AÇIQLAMA

Cəmiyyət Materials 17 İyun 2025 10:00 (UTC +04:00)
Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə bağlı təmir işləri nə yerdədir? - AÇIQLAMA
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend-in əməkdaşı təmir işlərinin nə zaman yekunlaşacağını öyrənmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, təmir işləri intensiv və sürətli şəkildə aparılır.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza səbəbilə Bakı və Abşeronun bəzi ərazilərində su təchizatı 4 gün fasilələrlə veriləcək.İşlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti