Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesində ilk növbədə ən ağır şəraitdə, yataqxana, sanatoriya, pansionat, yarımçıq binalar, başqa vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərə üstünlük verilir.
Bunu Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda ev, mənzillərin bölgüsü obyektivlik və şəffaflığın təmini məqsədilə ailə tərkiblərinə uyğun olaraq Dövlət Komitəsində püşkatma yolu ilə aparılır.
“Həmin tədbirlərdə Dövlət Komitəsinin rəsmiləri ilə yanaşı, İctimai Şura, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının işçiləri və medianın iştirakı təmin edilir”, - sədr müavini qeyd edib.