...

Mərkəzi Bank “Azvvallet”ə lisenziya verib

İqtisadiyyat Materials 17 İyun 2025 17:43 (UTC +04:00)
Mərkəzi Bank “Azvvallet”ə lisenziya verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilib.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti