Bakı. Trend:
UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Sabah”ın da rəqibi müəyyənləşib.
Püşkatmada səpələnməmişlər səbətində yer alan Bakı klubu bu raunda Sloveniya təmsilçisi “Tselye” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” I təsnifat mərhələsində ilk matçına iyulun 10-da evdə, cavab qarşılaşmasına isə bir həftə sonra səfərdə çıxacaq.