Bakı. Trend:
İsrail İranla hərbi münaqişənin dayandırılması üçün Tehranla heç bir danışıq aparmır.
Trend xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz jurnalistlərə açıqlamasında deyib.
“Biz heç bir danışıqlara qoşulmamışıq və İsrail vətəndaşlarına zərər verilməsinə yol verməyəcəyik”, – deyə Kats Tel-Əvivin şimalında yerləşən və daha əvvəl İrandan atılan raketin hədəfinə çevrilmiş Herzliyaya səfəri zamanı jurnalistlərə bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb