Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 14,854 milyard manat olub.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 917,9 milyon manat və ya 5,8% azdır.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda xam neft və təbii qaz hasilatının dəyəri 15,772 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.
Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.