Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 931 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 4,7 faiz artıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 15,2 faiz, polietilen istehsalı 11,9 faiz, etilen istehsalı 10,8 faiz, karbamid istehsalı 2,7 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı 41,2 faiz, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 38,4 faiz, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3,0 faiz artmış, polietilendən kisə və çantalar istehsalı isə 29,1 faiz azalıb.