...

İran yenidən İsrailə raketlərlə hücum edib

Dünya xəbərləri Materials 17 İyun 2025 19:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İsrailə yeni raket hücumu başlayıb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

Qeyd edilib ki,, hazırda bir çox ərazilərdə sirenalar eşidilir.

Bildirilib ki, İrandan İsrailə doğru 10-a yaxın raket atılıb.

Vurğulanıb ki, İrandan İsrailə atılan ballistik raketlərin böyük qismi hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti