...

İran daha bir "F 35" qırıcı təyyarəsinin vurulduğunu bəyan edib

Dünya xəbərləri Materials 17 İyun 2025 22:20 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-qərbində İsrailə məxsus "F 35" qırıcı təyyarəsi vurulub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, qırıcı təyyarənin pilotu vilayətin Bon rayonu dağlıq ərazidə saxlanılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti