...

Azərbaycanda 5 ayda 2 milyard manatlıq neft məhsulları istehsal edilib

Energetika Materials 17 İyun 2025 16:16 (UTC +04:00)
Azərbaycanda 5 ayda 2 milyard manatlıq neft məhsulları istehsal edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Neft məhsullarından ağ neft istehsalı 0,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı 4,3 faiz, neft bitumu istehsalı 7,1 faiz, avtomobil benzini istehsalı 10,7 faiz, neft koksunun istehsalı 12 faiz, sürtkü yağları istehsalı 45,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti