Bakı. Trend:
İsrailin İrana hava hücumları fonunda Təbriz şəhərində iki partlayış qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə İranın hökumət-yönümlü “Mehr” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, partlayışlar 5 dəqiqəlik intervalla baş verib və hadisədən sonra səmaya qatı tüstü qalxıb. Dağıntıların miqyası və zərərçəkənlərin olub-olmaması barədə hələ ki, məlumat verilmir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb