...

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan əhalinin sayı açıqlanıb

Gündəm Materials 17 İyun 2025 09:58 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan əhalinin sayı açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) yaxındır.

Bunu Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, bu ərazilərdə olan əhali yalnız keçmiş məcburi köçkünlərlə kifayətlənmir.

“Dövlət qurumlarının yeni qurulmuş bölmələrində, genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanları da nəzərə alsaq, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır”, - deyə sədr müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti