...

Ölkədə doğulanların sayı məlum olub

Cəmiyyət Materials 17 İyun 2025 14:52 (UTC +04:00)
Ölkədə doğulanların sayı məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31 462 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,6 faiz olub.

Doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub.

Xəbər lenti

Xəbər lenti