Bakı. Trend:
İyunun 17-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin əlavə iclası keçirilib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirilib.
Azərbaycan Milli Məclisinin spikeri və QDİƏTPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Keçirilən müzakirələrdə QDİƏTPA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilatı məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.