...

Əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması insan hüquq və azadlıqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir - Fazil Novruzov

Cəmiyyət Materials 17 İyun 2025 11:56 (UTC +04:00)
Əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması insan hüquq və azadlıqlarının qorunmasının ayrılmaz tərkib hissəsidir - Fazil Novruzov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna edilmiş normativ dəyişikliklərin həyata keçirilməsində bir sıra dövlət qurumlarının və onların koordinasiyalı əməkdaşlığının rolu var.

Trend xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov qurumun təşkilatçılığı ilə keçirilən “Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Aparat rəhbəri bildirib ki, dəyişikliklərdən biri audiovizual media sahəsi ilə sıx bağlıdır.

“2022-ci ilin fevral ayında qüvvəyə minən “Media haqqında” Qanunun qəbulundan sonra, media, xüsusilə də audiovizual media, yeni mərhələyə qədəm qoyub. Qanunda nəzərdə tutulan media subyektlərinin əməl etməli olduğu tələblərin əksəriyyəti konstitusiya hüquq və azadlıqları ilə bağlıdır.

Əlilliyi olan şəxslərin hüquqlarının mediada qorunması və digər realizə məsələləri insan hüquq və azadlıqlarının müdafiəsinin ayrılmaz tərkib hissəsidir. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması yalnız sosial məsuliyyət deyil, eyni zamanda insan hüquqlarının birbaşa tətbiqidir. Onların hüquqlarının təmin olunması ümumilikdə cəmiyyətin hüquq sisteminin gücünün və insan azadlıqlarına münasibətin ədalətliliyinin göstəricisidir”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti