...

Masazırda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub (VİDEO)

Hadisə Materials 10 Yanvar 2026 21:07 (UTC +04:00)
Masazırda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30p.m. yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.

Bir nəfər tüstüdən zəhərlənib.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti