Bakı. Trend:
İndoneziya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Ternate şəhərindən 325 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 54 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.