...

Pezeşkian ABŞ-yi İranda iğtişaşlara təhrik etməkdə ittiham etdi

Dünya xəbərləri Materials 10 Yanvar 2026 22:18 (UTC +04:00)
Pezeşkian ABŞ-yi İranda iğtişaşlara təhrik etməkdə ittiham etdi

Bakı. Trend:

ABŞ İranda etirazçıları ölkədəki sabitliyi pozmağa təhrik edir.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

"Bütün dünya ABŞ hökumətinin danışıqlar masasında oturduğumuz müddətdə diplomatiya və dialoqa hücum etdiyini, insanlığa qarşı cinayətlər törətdiyini və bütün beynəlxalq norma və qaydaları pozduğunu izləyib. İndi isə İran İslam Respublikasının bəzi digər ölkələr kimi olduğunu hesab edərək, eyni hərəkətləri fərqli şəkildə edir, bəzilərini iğtişaş və xaos yaratmağa təhrik edir, halbuki İran xalqı öz ölkəsini və dövlət sistemini dəstəkləməkdə əvvəlkindən daha güclü olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti