Ağdam. Trend:
Ağdam rayonunda yol qəzası baş verib.
Trend-in yerli bürosunun əldə etdiyi xəbərə görə, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçən şəxsi vurub. Qəza zamanı xəsarət alan şəxs, 1993-cü il təvəllüdlü Əliyev Orxan Hüseyn oğlu, təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
