Bakı. Trend:
Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının atəşi açması nəticəsində Hələbdə mülki şəxslər arasında ölənlərin sayı 6 yanvardan bəri 23-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.
Məlumata əsasən, atışmada ən azı 104 nəfər yaralanıb.
Bildirilib ki, yaralıların əksəriyyəti qadın və uşaqlardır, onların çoxunun vəziyyəti ağırdır.