Bakı. Trend:
Çinin şərqində yolsuzluq avtomobili yarışı zamanı azı 14 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə Nantunq şəhər dairəsinin Tonçjou rayonunun xalq hökuməti məlumat verib.
Məlumata əsasən, hadisə Tzyansu vilayətinin Avtomobil və Motosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarış zamanı baş verib.
"52 yaşlı sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib və nəticədə 14 nəfər xəsarət alıb", - deyə bildirilib.
Bütün xəsarət alanlar xəstəxanaya aparılıb. İki nəfər ağır xəsarət alıb və vəziyyətləri sabitdir.