...

"Fənərbağça" Türkiyə Superkubokunun qalibi olub

İdman Materials 10 Yanvar 2026 22:01 (UTC +04:00)
"Fənərbağça" Türkiyə Superkubokunun qalibi olub

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.

Trend-in məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda oynanılan matç "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.

Bununla da "Fənərbağça" Superkubokun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti