Bakı. Trend:
Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Məlumata əsasən, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
