...

Tramp Venesueladan əldə edilən neft gəlirləri ilə bağlı fərman imzalayıb

Dünya xəbərləri Materials 10 Yanvar 2026 22:46 (UTC +04:00)
Tramp Venesueladan əldə edilən neft gəlirləri ilə bağlı fərman imzalayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə Nazirliyinin hesablarında saxlanılan Venesuela neftinin satışından əldə edilən vəsaitləri məhkəmə tədbirlərindən qorunması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə sənəd Ağ Ev tərəfindən dərc olunub.

Sənəddə bildirilib ki, neft satışı ilə bağlı razılaşmalardan əldə edilən gəlirlər "ABŞ-də saxlanılan Venesuela hökumətinin suveren mülkiyyətidir".

Fərmanla həmin aktivlərlə bağlı hər hansı rüsumları, məhkəmə qərarlarını, sərəncamları, girovları, müsadirələri və ya digər məhkəmə prosesləri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti