...

Azərbaycan əhalisinin əsasən hansı sahələrdə çalışdığı açıqlanıb (FOTO)

Cəmiyyət Materials 17 İyun 2025 16:14 (UTC +04:00)
Azərbaycan əhalisinin əsasən hansı sahələrdə çalışdığı açıqlanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5332,6 min nəfər olub, onlardan 5049,7 min nəfərini məşğul əhali təşkil edib.

Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.

Məlumata görə, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1771,7 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 876,3 min nəfər, qeyri-dövlət sektorunda isə 895,4 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1740,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 7,6 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2,0 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2025-ci ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141 saat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti