...

Azərbaycan elektrik enerjisinin istehsalını 3%-ə yaxın artırıb

Energetika Materials 17 İyun 2025 17:37 (UTC +04:00)
Azərbaycan elektrik enerjisinin istehsalını 3%-ə yaxın artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 10,763 milyard kVt·st olub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 268,3 milyon kVt·st və ya 2,6% artıb.

Belə ki, 2024-cü ilin ilk 5 ayında ölkədə elektrik enerjisinin istehsalı 10,494 milyon kVt·st olub.

Qeyd edək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-may aylarında 1,518 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 252,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti