Bakı. Trend:
Bacarıqlı şagirdlərin müəyyənləşdirilməsi təhsilin inkişaf etdirilməsi deməkdir.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Bilbacar" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı çıxış edərkən deyib.
O bildirib ki, bilik və bacarıqlar vərdişlərin formalaşmasına əsas yaradır:
"Biz gələcək üçün elə məzunlar hazırlamalıyıq ki, onlar həm bilikli, həm də yaradıcı olmalıdırlar. Bu təhsilin əsas məqsədidir. Ölkədə elə şərait yaradılmalıdır ki, biz bacarıqlı şagirləri aşkar edək. Bacarıqlı şagirdlərin aşkar edilməsi təhsilin inkişaf etdirilməsi deməkdir".
"Bir çox işəgötürənlər narazıdırlar ki, işə götürülən şəxslərin, məzunların yaradıcılıq qabiliyyətləri zəyifdir. Bu keçirilən müsabiqə, "Bilbacar" şagirdlərdə yaradıcı qabiliyyəti artırır. Biz son 10 ildə 513 medal qazanmışıq. Bu medalların 35-i qızıldır.
İyul ayında şagirlərimiz 4 qitədə beynəlxalq olimpiadada iştirak edəcəklər. Bu bizim ölkəmizin inkişafının nəticəsidir" - deyə o əlavə edib.