...

Xaçmazda narkokuryerliyə cəlb olunan şəxsdən silah aşkarlanıb

Gündəm Materials 17 İyun 2025 11:40 (UTC +04:00)
Xaçmazda narkokuryerliyə cəlb olunan şəxsdən silah aşkarlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend- ə bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti